“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi ev oyunlarına azarkeş marağı yüksəkdir.
Ucnoqta.az xəbər verir ki, klubun məlumatına əsasən, komandanın Bakıda baş tutacaq 4 qarşılaşması üçün indiyədək ümumilikdə 104 620 bilet satılıb.
Bildirilib ki, satış göstəricisi ilkin proqnozları və nəzərdə tutulan tempi əhəmiyyətli dərəcədə üstələyib. Klub oyunlara daha çox azarkeşin qatılması üçün biletlərin qiymətlərinin münasib səviyyədə saxlanıldığını qeyd edib.
Satılan biletlər əsasında azarkeşlər “Sabah”ın Çempionlar Liqasındakı bütün ev oyunları üçün tribunadakı yerlərini əvvəlcədən müəyyənləşdirə bilirlər.
Klub həmçinin bilet satışından əldə olunan gəlirin 25 faizinin “Sabah Futbol Akademiyası – Gələcəyin istedadları” proqramına yönəldiləcəyini açıqlayıb.
“Sabah”ın Çempionlar Liqasında Bakıda keçirəcəyi oyunlar:
13 oktyabr, saat 20:45 – “Sabah” – “Slaviya” (Çexiya)
20 oktyabr, saat 20:45 – “Sabah” – “Borussiya” Dortmund (Almaniya)
25 noyabr, saat 21:45 – “Sabah” – “Barselona” (İspaniya)
20 yanvar, saat 21:45 – “Sabah” – “Napoli” (İtaliya)
