26
Amerikalı üzgüçü Keyt Duqlas qısa hovuzda 100 metr məsafəyə sərbəst üsulla üzmə üzrə dünya rekordunu yeniləyib.
Ucnoqta.az xəbər verir ki, idmançı Vestmontda keçirilən seçmə yarışlarında məsafəni 49,64 saniyəyə qət edib.
Bununla da Duqlas 2025-ci ildə Kanadada keçirilən Dünya Kubokunun mərhələsində müəyyənləşdirdiyi əvvəlki rekordunu (49,93 saniyə) yaxşılaşdırıb.
24 yaşlı üzgüçü ikiqat Olimpiya çempionu, dünya çempionatlarının yeddiqat qalibidir. O, həmçinin qısa hovuzda keçirilən dünya çempionatlarında 11 dəfə qızıl medal qazanıb.
