21
Böyük Britaniyanın Normand adalarında yerləşən Cersi hava limanının fəaliyyəti pilotsuz uçuş aparatlarının icazəsiz uçuşları səbəbindən pozulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə hava limanının “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, oktyabrın 30-u axşam saatlarında dronların icazəsiz fəaliyyəti nəticəsində hava limanının hava məkanında pozuntular qeydə alınıb. Buna baxmayaraq, sonuncu reys Cersiyə təhlükəsiz şəkildə eniş edib.
Eniş edə bilməyən reyslərin sərnişinlərinə yenilənmiş məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunub.
