21
İtaliyanın Venesiya şəhərinin Mestre bölgəsində hökumət əleyhinə etiraz aksiyası iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda azı 7 polis əməkdaşı xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA agentliyi şəhər polisinin rəisi Antonio Sbordoneyə istinadən məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yürüş zamanı polis kordonunu yarmağa çalışan etirazçıları sıxışdırarkən yüngül xəsarətlər, əziklər və kəsiklər alıblar.
Etiraz aksiyaları İtaliyanın onlarla şəhərində eyni vaxtda keçirilir.
