75
ABŞ Dövlət Departamenti şənbə günü Fransada keçirilməsi planlaşdırılan yeni etiraz aksiyaları ərəfəsində ölkədə olan Amerika vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
Ucnoqta.az xəbər verir ki, ABŞ-ın Fransadakı səfirliyinin saytında yayımlanan məlumatda bildirilir ki, son nümayişlər zorakılıq, əmlaka ciddi ziyan vurulması, genişmiqyaslı talan və polis əməkdaşlarına hücumlarla müşayiət olunub.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan da istifadə edib.
Dövlət Departamenti ABŞ vətəndaşlarına nümayişlərin keçirildiyi ərazilərdən və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı, ehtiyatlı olmağı tövsiyə edib.
