24
Almaniyanın şimalındakı Şlezviq-Holşteyn federal torpağında məktəb avtobusu binaya çırpılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, “Bild” qəzetinin polisə istinadən yaydığı məlumata görə, avtobusda təxminən 20 uşaq olub. Hadisə yerli vaxtla saat 07:20-də Bad-Oldesloe şəhərində baş verib.
Məlumata görə, avtobus naməlum səbəbdən dairəvi hərəkət zolağını diaqonal keçərək binaya çırpılıb.
Qəza nəticəsində avtobusun sürücüsü nəqliyyat vasitəsində sıxışıb. Bir neçə sərnişin xəsarət alsa da, onların vəziyyətinin ağırlıq dərəcəsi barədə məlumat verilməyib.
