25
Estoniya Rusiya ilə sərhədində Baltik müdafiə xəttinin infrastrukturunun inkişafı çərçivəsində 150-dək bunker tikməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin milli ictimai yayımçısı ERR müdafiə naziri Martin Heremin açıqlamasına istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, bunkerlərdən təxminən 100-ü dövlət torpaqlarında, 50-si isə bələdiyyə və ya özəl ərazilərdə yerləşəcək.
