22
Oktyabrın 29-dan 31-dək Günəş aktivliyinin aşağı səviyyədə olacağı proqnozlaşdırılır. Bu müddətdə güclü maqnit qasırğaları və nəzərəçarpan geomaqnit təlatümləri gözlənilmir.
Ucnoqta.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozlaşdırma Mərkəzi 2026-cı il oktyabrın 29–31-i üçün Günəş və geomaqnit aktivliyi ilə bağlı proqnoz yayıb.
Məlumata görə, cümə axşamından şənbə gününədək geomaqnit şəraitin əsasən sakit keçəcəyi gözlənilir.
Bununla belə, Günəş aktivliyi ilə bağlı proqnozun dəyişə biləcəyi qeyd olunur.
