29 oktyabr özünə inamın və hədəflərə olan inamın ön plana çıxacağı gündür.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər verir ki, istər şəxsi həyatda, istərsə də işdə uğura mane olan əsas amil tərəddüd və özünə inamsızlıq ola bilər. Şübhə doğuran məsələləri təhlil etmək və bəzi məqsədlərdən imtina etməyin lazım olub-olmadığını müəyyənləşdirmək tövsiyə olunur.
Bu gün keçmişin yükündən azad olmaq, həm şəxsi həyatda, həm də peşəkar fəaliyyətdə irəliyə doğru addımlamaq üçün əlverişli hesab olunur. Bununla belə, uzaq səfərlərdən və ezamiyyətlərdən çəkinmək məsləhət görülür.
Qoç
Şərait necə dəyişirsə-dəyişsin, keçmişə boylanmayın. Xüsusilə şəxsi həyatınızla bağlı köhnə məsələlərə qayıtmaq irəliləyişinizə ciddi mane ola bilər.
Buğa
Yeni işlərə başlamaq üçün əlverişli gündür. Əsas məqsədinizi müəyyənləşdirin, öz gücünüzə inanın və tənbəllik etməyin. Uğur qazanmaq üçün zəhmət çəkmək vacibdir.
Əkizlər
Bu gün müəyyən risklərə getmək hədəfinizə çatmağınıza kömək edə bilər. Ancaq qərar verməzdən əvvəl mümkün nəticələri diqqətlə hesablayın ki, sonradan xoşagəlməz sürprizlərlə qarşılaşmayasınız.
Xərçəng
Maliyyə məsələləri ilə məşğul olmaq üçün əlverişli gündür. Vacib ödənişləri etmək, bank hesabı və ya depozit açmaq planınız varsa, bu işlərə vaxt ayıra bilərsiniz.
Şir
İşdə vacib və ikinci dərəcəli məsələləri bir-birindən ayırın. Əvvəlcə prioritetləri müəyyənləşdirin, sonra planlarınızı sakit və düşünülmüş şəkildə həyata keçirin.
Qız
Peşəkar fəaliyyətinizdə çətinliklər yaransa da, iş və istirahət arasında tarazlığı qoruyun. Əks halda, həm işləmək, həm də gündəlik həyatınızı davam etdirmək üçün lazım olan enerjinizi itirə bilərsiniz.
Tərəzi
Gözlənilməz çətinliklər yarada biləcək layihələrə tələsməyin. İşə başlamazdan əvvəl fiziki və mənəvi imkanlarınızı düzgün qiymətləndirin.
Əqrəb
Uzun müddətdir planlaşdırdığınız, lakin həyata keçirə bilmədiyiniz layihəyə başlamaq üçün əlverişli şərait yarana bilər. Fürsətdən istifadə edərək ideyanızı gerçəkləşdirmək istiqamətində ilk addımı atın.
Oxatan
Şübhəli maliyyə sövdələşmələrindən uzaq durun. Belə addımların riski gözlənilən qazancı üstələyə və ciddi itkilərə səbəb ola bilər.
Oğlaq
Hər şeyi nəzarətdə saxlamaq istəyiniz gözlənilməz fürsəti gözdən qaçırmağınıza səbəb ola bilər. Hadisələrin təbii axarına da imkan verin: qarşınıza çıxan gözlənilməz imkan həyatınızı yaxşılığa doğru dəyişə bilər.
Dolça
Alqı-satqı əməliyyatları üçün əlverişli gündür. Uzun müddətdir nəyisə satmaq və ya almaq barədə düşünürsünüzsə, planınızı həyata keçirməyi nəzərdən keçirə bilərsiniz.
Balıqlar
Əməyinizin bəhrəsini görmək vaxtı çata bilər. İşində səylə çalışanlar yeni vəzifəyə təyin olunmaq və maaş artımı əldə etmək imkanını dəyərləndirə bilərlər. Nəticələr isə göstərilən zəhmətdən asılı olacaq.
Ulduz falı: Bəzi bürcləri hansı təhlükələr gözləyir?
21
Əvvəlki yazı
