17
Vasitəçilər İran və ABŞ arasında görüşün noyabrın 4-dək Türkiyədə keçirilməsini təklif ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda vasitəçilərlə İran arasında görüşün təşkili ilə bağlı məsləhətləşmələr aparılır.
Təklif Hörmüz boğazının açılmasını və ABŞ-ın blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
Bundan əlavə, təşəbbüsə İranın nüvə proqramı ilə bağlı məsələ də daxildir. Təklifin şərtlərindən biri beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə dəvət edilməsidir.
