30
Qəzza zolağında İsrail ordusunun hücumları nəticəsində son sutka ərzində azı 6 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında yayılan məlumatında bildirilib.
Məlumata görə, İsrail aviasiyasının Rəfah və Xan Yunis şəhərlərinə zərbələri nəticəsində həlak olan 6 nəfərin cəsədi xəstəxanalara çatdırılıb. Yaralanan 32 nəfərin əksəriyyəti Nuseyrat və Əl-Bureyc qaçqın düşərgələrinin atəşə tutulması zamanı xəsarət alıb.
Nazirlik Qəzza zolağında hərbi əməliyyatların intensivləşdiyini qeyd edib. Bildirilib ki, bazar ertəsi günü anklavda 11 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.
