40
İordaniya Hərbi Hava Qüvvələrinin Suriyanın Dəraa əyalətinin sərhədyanı ərazilərinə gecə saatlarında endirdiyi zərbələr nəticəsində azı 8 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə əyalətin səhiyyə idarəsinin direktoru Xalid əl-Amiyan məlumat verib.
Onun sözlərinə görə, ölənlər arasında üç uşaq və bir qadın var. Daha dörd nəfər yaralanıb.
SANA agentliyinin yaydığı məlumata əsasən, ölən və yaralananlar Ləcat, Mzayrib, Nəsib və Əş-Şuheyb yaşayış məntəqələrinin ətrafındakı kənd ərazilərində qeydə alınıb.
