ABŞ “Airbus”a verilən 3 milyard avroluq kreditlə bağlı Aİ-dən izahat tələb edib
Ucnoqta.az xəbər verir ki, ABŞ Avropa İttifaqının (Aİ) Avropa təyyarə istehsalçısı “Airbus”a 3 milyard avro kredit ayırmasının transatlantik ticarətə təhlükə yaratdığını hesab edir. Bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.
Onun sözlərinə görə, Avropa İnvestisiya Bankının “Airbus”a ayırdığı kredit barədə ABŞ tərəfi hələ də ətraflı məlumata malik deyil. Qrir bu vəziyyətin aerokosmik sektorunda transatlantik ticarət üçün ciddi qeyri-müəyyənlik yaratdığını və məsələnin tezliklə aydınlaşdırılmasının vacibliyini vurğulayıb.
ABŞ nümayəndəsi kreditin bir sıra Avropa məhsullarına tətbiq edilən Amerika gömrük rüsumlarını dayandıran razılaşmanın şərtlərini potensial olaraq poza biləcəyini də qeyd edib.
