Avropa İttifaqı (Aİ) və Kanada Arktikadan Qara dənizə qədər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı Monrealda keçiriləcək sammit üçün hazırlanmış birgə bəyanat layihəsinə istinadən məlumat yayıb.
Tərəflər qlobal böhranların həlli, müdafiə sənayesi, dəniz və kosmik təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyi, həmçinin Kanadanın Aİ missiyalarında iştirakını genişləndirməyi nəzərdə tuturlar.
Qeyd edək ki, Aİ-Kanada sammiti oktyabrın 29-30-da Monrealda keçiriləcək. Görüşdə iqtisadi əməkdaşlıq, təhlükəsizlik, enerji və informasiya texnologiyaları müzakirə olunacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadaya Aİ-nin ilk assosiativ üzvü olmaq imkanının təklif ediləcəyini bildirib. Bu açıqlama Aİ-də bəzi siyasətçilərin tənqidinə səbəb olub.
