44
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib, şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Rəsmi xəbərdarlıq sisteminin məlumatına görə, Kiyevlə yanaşı, Ukraynanın 13 vilayətində də hava hücumu xəbərdarlığı elan olunub.
İlkin məlumatlara görə, atəş nəticəsində Kiyevdəki metro stansiyalarından birinə ziyan dəyib. Həmçinin Dövlət Ticarət-İqtisad Universitetinin zərər gördüyü bildirilir.
Məlumata görə, şəhərə reaktiv “Geran” pilotsuz uçuş aparatları da istiqamətlənib.
