37
Suriyanın Dəməşq–Homs avtomobil yolunda hərəkətdə olan avtomobilin partlaması nəticəsində azı üç Suriya vətəndaşı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyindəki mənbə Syria TV telekanalına məlumat yayıb.
Hadisə paytaxt Dəməşqdən 80 kilometr şimal-şərqdə, Qələmun dağlıq bölgəsində yerləşən Əl-Qastal yaşayış məntəqəsinə yaxın ərazidə baş verib.
Hadisə yerinə təcili tibbi yardım və mülki müdafiə qrupları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb. Onların dəqiq sayı hələlik məlum deyil.
İlkin ehtimallara görə, avtomobilə partlayıcı qurğu yerləşdirilmiş ola bilər. Həmçinin avtomobilin pilotsuz uçuş aparatı ilə vurulması ehtimalı da istisna edilmir.
