41
Almaniyanın şimalındakı Bremerhaven limanından çıxan “Mein Schiff 3” kruiz gəmisi konteyner daşıyan gəmi ilə toqquşub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nordsee-Zeitung” qəzeti məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində konteyner gəmisinin gövdəsi zədələnib. Gəminin bortunda yaranan dəliyin uzunluğunun təxminən 10 metr olduğu bildirilir.
İlkin ehtimala görə, hadisəyə güclü külək səbəb ola bilər. Küləyin kruiz gəmisinin manevr etməsinə mane olduğu güman edilir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur. Bununla belə, kruiz gəmisindəki sərnişinlərin şok vəziyyətində olduğu bildirilir.
Qəzanın dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.
