Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən azad edilib.
Ucnoqta.az xəbər verir ki, jurnalist Talat Atilla Oktay Saralla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Vəzifəsindən azad edilib-edilmədiyi barədə suala Saral belə cavab verib: “Bəli. Biz vəzifələrdən ibarət deyilik. Məni vəzifəyə cənab Prezident gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.
Qərarın Azərbaycanla bağlı açıqlamalarına görə verilib-verilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” deyə cavab verib.
Oktay Saral oktyabrın 13-də Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələr fonunda sosial şəbəkədə paylaşım etmişdi. O, hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz adlandırmışdı.
