33
İranın hava hücumundan müdafiə sistemləri ABŞ-yə məxsus LUCAS tipli pilotsuz uçuş aparatını Bəndər-Abbas şəhəri üzərində məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tasnim agentliyinin yaydığı məlumata görə, pilotsuz uçuş aparatı ölkənin vahid milli hava hücumundan müdafiə şəbəkəsinə daxil olan ordu sistemləri tərəfindən vurulub.
