35
Rusiya və Ukrayna arasında 270-ə 270 formulu ilə hərbi əsir mübadiləsi həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 23-də Ukraynanın nəzarətində olan ərazidən 270 rusiyalı hərbçi qaytarılıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri təhvil verilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, geri qaytarılan hərbçilər hazırda Belarus ərazisindədir. Onlarla Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova işləyir.
Zəruri psixoloji və tibbi yardım göstərildikdən sonra hərbçilər müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
