31
Yaponiyanın Çubu Sentrey hava limanında Ukraynanın “Antonov Airlines” şirkətinə məxsus An-124-100 “Ruslan” yük təyyarəsində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, hadisə təyyarənin enişi zamanı qeydə alınıb.
Hadisənin təfərrüatları araşdırılır. İnsidentlə əlaqədar uçuş-enmə zolağı 15 dəqiqəlik bağlanıb, daha sonra fəaliyyətini bərpa edib.
“Antonov” dövlət müəssisəsi daha əvvəl Ukraynadan beynəlxalq uçuşların həyata keçirilməsinin mümkünsüzlüyü səbəbindən beş An-124-100 “Ruslan” təyyarəsinin müvəqqəti olaraq Almaniyanın Leypsiq hava limanında yerləşdirildiyini açıqlamışdı.
