Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasını dəstəkləmək üçün 445 milyon dollardan çox vəsait xərcləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bununla da Mask seçki kampaniyasının ən böyük siyasi donoru olub. O, demokratların əsas maliyyə dəstəkçisi, milyarder Corc Sorosu da geridə qoyub.
Agentliyin məlumatına görə, seçkilərin nəticələri Mask üçün xüsusi əhəmiyyət daşıyır. Demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsi onun ABŞ hökumətinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin araşdırılmasına səbəb ola bilər.
Bundan başqa, Maskın rəhbərlik etdiyi “SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin fəaliyyəti federal tənzimləyici qurumların siyasətindən asılıdır.
