32
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmül-Qeyveyn əmirliyi sahillərində tankerdən neft sızması qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin İqlim Dəyişiklikləri və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə ilə əlaqədar əmirlikdəki bütün çimərliklər və sahilyanı ərazilər müvəqqəti bağlanıb. Ərazilər vəziyyət qiymətləndirildikdən və dəniz mühitinin qorunması üçün zəruri tədbirlər müəyyənləşdirildikdən sonra açılacaq.
Sızan neftin dəqiq miqdarı açıqlanmayıb.
