42
ABŞ-da PlayStation 5 konsollarının satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 22% artıb. Buna səbəb kimi “Grand Theft Auto VI” (GTA VI) oyununun yaxınlaşan təqdimatı göstərilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Circana” şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Məlumata görə, konsol satışlarından əldə olunan gəlir 43% artıb. Bununla da Yaponiyanın “Sony” şirkəti oyun konsolları istehsalçıları arasında gəlir baxımından lider olub.
GTA VI oyununun noyabrın 19-da satışa çıxarılması planlaşdırılır. Oyun yalnız PlayStation 5 və Xbox Series X/S platformalarında əlçatan olacaq. Analitiklər oyunun istehsal tarixində ən bahalı layihələrdən biri olacağını proqnozlaşdırırlar.
