36
Ermənistanın baş naziri Nikol Paşinyan sərhədi keçən azərbaycanlı ilə bağlı açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan həmin şəxsin Ermənistan hərbçiləri tərəfindən aşkarlandığını və Milli Təhlükəsizlik Xidmətinə təhvil verildiyini bildirib.
“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan şəxsi görüb onu güllələməli, öldürməli idilər? Problem nədədir? Onu Respublika meydanında həbs etməyiblər”, – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur və tarix boyu belə bir sərhəd mövcud olmayıb.
