45
Fransada Şamonda virusuna yoluxan ilk insanın ölümü qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Fransa hökumətinin məlumatına görə, ağır immunçatışmazlığı olan və Lion şəhərində xəstəxanada müalicə alan pasiyent virusa yoluxub və oktyabrın əvvəlində vəfat edib.
İndiyədək Şamonda virusunun insanlara keçmədiyi hesab olunurdu. Bu, virusun insanda aşkarlanmasının tarixdə ilk sənədləşdirilmiş halıdır.
Fransa hakimiyyəti virusun əhali üçün təhlükə yaratmadığını bildirib. Hadisə ilə bağlı klinik, bioloji və epidemioloji araşdırmalar davam edir.
