35
ABŞ İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Drop Site News” portalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon ABŞ prezidenti Donald Trampın yeni əməliyyata başlamaq üçün razılığını gözləyərək qoşunlarını İran sərhədinə yaxın ərazilərə köçürür.
ABŞ rəsmilərindən biri bildirib ki, ABŞ Mərkəzi Komandanlığı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək üçün hazırlıq görür.
Mənbənin iddiasına görə, Tramp indiyədək İrana və “Ənsar Allah” hərəkatının husilərinə qarşı əməliyyatları yeddi dəfə son anda təxirə salıb.
