31
Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə hücuma məruz qaldığı iddia edilən yaxtada olan 14 Hindistan vətəndaşını xilas etmək üçün əməliyyat keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Züqar adası yaxınlığında Hindistan vətəndaşlarının olduğu yaxtaya hücum edib. İlkin məlumata əsasən, gəmidə 14 Hindistan vətəndaşı olub.
Səriya bildirib ki, husilər yaxtadakı şəxsləri xilas etmək üçün tədbirlər görür. Hadisə ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
