35
Danimarka hökuməti ümumi dəyəri 1 milyard dollar olan uzaqmənzilli raketlərin alınması barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, TV 2 telekanalının məlumatına görə, raketlər Norveç-ABŞ istehsalı olan “Joint Strike Missile” sistemi və Almaniyanın “Covenant” şirkətindən alınacaq. Raketlərin F-35 qırıcılarına yerləşdirilməsi nəzərdə tutulur.
Telekanal qeyd edir ki, bu qərar Danimarkaya hücum xarakterli silahlardan istifadə etmək imkanı verəcək. Danimarka hökuməti daha əvvəl bu addımı hərbi strategiyada “paradiqma dəyişikliyi” adlandırıb. Buna səbəb ölkə ordusunun indiyədək əsasən mümkün hücumlardan müdafiə üçün nəzərdə tutulmasıdır.
