34
NATO Ukraynaya silah, sursat və hərbi texnikanı Alyansın Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə almağa icazə verəcək.
Ucnoqta.az xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, bu mexanizm Kiyevə hərbi təchizatı daha sürətli və daha aşağı qiymətlərlə əldə etməyə imkan yarada bilər.
Agentliyin əməliyyatlara dəstək üzrə direktoru Jaklin Borsbum bildirib ki, NSPA Ukraynaya satınalmalar və sənaye bazarına çıxış üçün sistemli mexanizm təqdim edəcək.
Qəzetin məlumatına görə, ötən həftə agentlik Kiyevdə 150 Ukrayna şirkətinin iştirakı ilə tədbir keçirib və istehsalçıları müqavilələrdə iştirak etmək üçün qeydiyyat qaydaları barədə məlumatlandırıb.
