37
Türkiyəli müğənni Doğuş həyat yoldaşı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ilə bağlı diqqət çəkən paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, o, sosial şəbəkə hesabında evliliklərinin 12-ci ildönümü münasibəti ilə yazıb:
“12 il, bir eşq, bir ömür və bizə hədiyyə iki gözəl övlad. Həyatın mənə verdiyi ən gözəl şeylərdən biri sən, ən qiymətli xəzinəmiz isə iki oğlumuz. Birlikdə ailə olduq, birlikdə xatirələr yığdıq, birlikdə böyüdük. Bu gün yenə səni seçərdim. Çünki sən sadəcə həyat yoldaşım deyil, həyat dostum və uşaqlarımın anasısan. Yaxşı ki, həyatımdasan, yaxşı ki, ailəmizsən. 12 ilimiz mübarək olsun, sevgilim. Səni dünən sevdiyimdən daha çox, sabah bugündən daha çox sevəcəyəm”.
