47
Yeni Zelandiya və Böyük Britaniya əsilli irlandiyalı top-model Stella Maksvell “CR Fashion Book” jurnalı üçün açıq-saçıq fotosessiyada iştirak edib.
Ucnoqta.az xəbər verir ki, fotolar nəşrin rəsmi saytında yayımlanıb.
36 yaşlı model “Gucci” brendinin müasir estetikasına həsr olunan “La Famiglia” adlı xüsusi layihədə yer alıb. O, krem rəngli xəz palto, şəffaf kolqotka və hündürdaban ayaqqabıda kamera qarşısına keçib. Maksvell çılpaq sinəsini isə əli ilə örtüb.
Fotosessiyaya “CR Fashion Book” jurnalının yaradıcısı və Fransanın “Vogue” nəşrinin keçmiş baş redaktoru Karin Roytfeld rəhbərlik edib. Fotoların müəllifi isə fotoqraf Mattias Vrins olub.
