20 oktyabrda əsas diqqəti vacib və perspektivli məqsədlərə yönəltmək tövsiyə olunur.
Ucnoqta.az xəbər verir ki, astroloqlar günün ulduz ffalının tərtib ediblər. Astroloji proqnoza görə, kiçik işlərin həlli uğurlu olsa da, böyük maliyyə əməliyyatlarından çəkinmək məsləhət görülür. Günün astroloji proqnozuna görə, belə əməliyyatlar gözlənilən qazancı gətirməyə bilər.
Qoç
Uğurunuzun açarı müsbət düşünməkdir. Nikbin yanaşma peşəkar çətinlikləri dəf etməyə və hədəflərinizə çatmağa kömək edəcək.
Buğa
Özünüzü idarə etməyə çalışın. Düşünülməmiş bir söz yaxınlarınızla münasibətləri korlaya bilər. Emosiyalara qapılaraq vəziyyəti daha da gərginləşdirməyin.
Əkizlər
Vacib qərarlar qəbul etmək və həyatınızda köklü dəyişikliklərə səbəb ola biləcək addımlar atmaq üçün əlverişli gün deyil. Tələsməyin, uyğun zamanı gözləyin.
Xərçəng
İstər şəxsi, istərsə də peşəkar həyatınızda məqsədinizə çatmaq üçün əzmlə irəliləməlisiniz. Fasilələr və tərəddüdlər arzularınızın gerçəkləşməsini gecikdirə bilər.
Şir
İşlərə ara vermək planlarınızın ləngiməsinə səbəb ola bilər. Uğur qazanmaq istəyirsinizsə, başladığınız işi yarımçıq qoymayın və diqqətinizi məqsədinizə yönəldin.
Qız
Gün ərzində nə qədər çox iş planlaşdırsanız, onları uğurla tamamlamaq imkanınız bir o qədər arta bilər. Günün sonunda nəticələrdən məmnun qalmaq üçün vaxtınızı düzgün bölüşdürün.
Tərəzi
Vacib suala cavab axtararkən daxili səsinizə qulaq asın. İntuisiyanız vəziyyəti daha yaxşı qiymətləndirməyə və düzgün seçim etməyə kömək edə bilər.
Əqrəb
Səhvlərinizi təhlil etmək üçün əlverişli gündür. Həm işdə, həm də şəxsi münasibətlərdə baş verənlərdən nəticə çıxarmaq gələcəkdə oxşar problemlərin qarşısını almağa kömək edəcək.
Oxatan
Tələsmədən və təlaşa qapılmadan hərəkət edin. İstər işdə, istərsə də evdə gördüyünüz işləri sakit və diqqətlə yerinə yetirsəniz, nəticədən razı qalacaqsınız.
Oğlaq
Hər şeyi eyni anda əldə etməyə çalışmayın. Məqsədlərinizi müəyyənləşdirin, ətraflı plan hazırlayın və ona uyğun hərəkət edin. Uğurun açarı ardıcıllıqdır.
Dolça
Peşəkar uğur qazanmaq üçün həmfikirlərlə əməkdaşlıq etmək vacibdir. Etibarlı tərəfdaşlar çətinliklərin öhdəsindən gəlməyə və problemlərdən yayınmağa kömək edə bilərlər.
Balıqlar
Bu gün diqqət mərkəzində olmaqdan mümkün qədər çəkinin. Xüsusilə iş yerində rəhbərliklə münasibətlərdə ehtiyatlı davranmaq və lazımsız mübahisələrdən uzaq durmaq məsləhətdir.
