30
15–17 oktyabr tarixlərində Günəş və geomaqnit aktivliyi ilə bağlı proqnoz açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Havanın Proqnozlaşdırılması Mərkəzinin məlumatına görə, oktyabrın 15-dən 17-dək Günəş aktivliyinin aşağı səviyyədə olacağı gözlənilir.
Proqnoza əsasən, qeyd olunan günlərdə geomaqnit vəziyyət əsasən sakit keçəcək. Hiss olunan geomaqnit dəyişiklikləri və maqnit qasırğalarının baş verməsi gözlənilmir.
