31
Sudan ordusu Qərbi Darfurda strateji əhəmiyyətli Bir-Kelekel ərazisinə nəzarəti ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, “Tamazuj” radiostansiyası bu barədə əyalət qubernatoru Bəhr əd-Din Adam Karamaya istinadən məlumat yayıb.
Qubernatorun sözlərinə görə, hökumət qüvvələri və müttəfiq silahlı birləşmələr ərazidə irəliləyiş əldə ediblər. Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmalar isə davam edir.
