33
Argentinanın paytaxtı Buenos-Ayresdə universitetlərin maliyyələşdirilməsinin artırılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis və nümayişçilər arasında toqquşma baş verib.
Ucnoqta.az xəbər verir ki, TASS-ın məlumatına görə, bir neçə min nəfərin qatıldığı aksiya əvvəlcə dinc keçib. Lakin yerli vaxtla saat 16:00 radələrində bəzi etirazçılar polisə daş və butulkalar atıblar.
Polis nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar və yağış səbəbindən etirazçıların əksəriyyəti Konqres binasının qarşısındakı meydanı tərk edib.
