31
Yəməndəki husilər BMT missiyasının 2024-cü ilin iyununda girov götürülmüş əməkdaşı Sami əl-Kəlabini azad ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Grundberə istinadən “Associated Press” agentliyi məlumat yayıb.
BMT-nin məlumatına görə, husilər təşkilatın müxtəlif strukturlarında çalışan daha 71 əməkdaşı saxlamaqda davam edirlər. Hərəkat nümayəndələri saxlanılan şəxslərin bir qismini İsraillə əməkdaşlıqda şübhəli bilinmələri ilə əsaslandırırlar.
Ötən həftə BMT-nin Ümumdünya Ərzaq Proqramı da Yəməndə saxlanılan əməkdaşlarından birinin azad edilməsinə nail olduğunu açıqlayıb.
