27
ABŞ Pentaqonu 2026-cı ilin sonunadək yüz minlərlə kamikadze dronunu silahlanmaya qəbul etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset Vaşinqtonda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Pentaqon pilotsuz uçuş aparatları sahəsində üstünlüyü təmin etmək üçün 1 milyard dollar maliyyə alıb. Heqset əlavə edib ki, qarşıdakı illərdə birdəfəlik istifadə olunan dronların istehsalı milyonlarla ölçüləcək səviyyəyə çatdırılacaq.
