Litva Rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridmanın maliyyə aktivlərini dondurmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litva hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qərar sentyabrın sonunda arzuolunmaz şəxslər elan edilən iş adamlarının aktivlərinə şamil olunur. Müvafiq qərar hökumətin iclasında qəbul edilib.
Litvanın Xarici İşlər Nazirliyi tərəfindən hökumətə təqdim olunan tövsiyədə Avropa İttifaqının sanksiya siyahısından siyasi motivlərlə hər hansı şəxsin çıxarılmasına qarşı çıxıldığı bildirilib.
Hər iki iş adamının Litvaya girişinə 2027-ci ilin sonunadək qadağa qoyulub.
Litvanın daxili işlər naziri Martinas Katelinasın sözlərinə görə, milli sanksiyalar həmin şəxslərdən qaynaqlana biləcəyi iddia edilən milli təhlükəsizlik və ictimai asayiş təhdidləri ilə əlaqədar tətbiq olunub.
