28
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.
Hazırda proqramın 82 faizi icra edilib. Daha 6 küçə və prospektdə təmir işləri davam etdirilir. Növbəti mərhələdə isə 14 küçə və prospektin təmiri planlaşdırılır.
