29
Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən iki istilik elektrik stansiyasını – İES-4 və İES-5-i vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin iddiasına görə, İES-4 hərbi-sənaye kompleksinin obyektlərini elektrik enerjisi ilə təmin edir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə ərzində Ukraynanın enerji və kritik infrastruktur obyektlərinə 39 ballistik raket və 120-dən çox hücum dronu ilə zərbələr endirdiyini açıqlayıb.
Onun sözlərinə görə, hücumlar Kiyev şəhəri, Kiyev vilayəti və Xarkov şəhərini əhatə edib. Rusiya qüvvələri enerji təminatı sistemini və kritik infrastrukturu hədəfə alıb
