33
Hörmüz boğazında tanker və konteyner gəmisinə naməlum mərmilərlə zərbələr endirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hər iki hadisə oktyabrın 11-də baş verib, lakin onlar barədə məlumat yalnız indi açıqlanıb.
Tankerə endirilən zərbə nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı qeyd olunub. Konteyner gəmisinə hücum zamanı isə ölən və yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
