29
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında, Reyunyon adasının sahillərindən 450 dəniz milindən çox cənubda DF Peak tankerini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, tanker saxta bayraq altında üzməkdə şübhəli bilinir.
Makron bildirib ki, əməliyyat “kölgə donanması” ilə mübarizə çərçivəsində həyata keçirilib. Fransa lideri əməliyyatın beynəlxalq hüquqa uyğun aparıldığını və Parisin qanunsuz ticarətin bütün formalarına qarşı mübarizə əzmini nümayiş etdirdiyini vurğulayıb.
