Bazar ertəsi, Oktyabr 12 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏT
SİYASƏT

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

tərəfindən admin 12.10.2026 / 17:17
12.10.2026 / 17:17
A+A-
Sıfırla
75

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.

O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.

Nazir vurğuladı ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.

İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.

Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

1554698

1554697

155469615546951554694

1554693

 

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Dilarə Salahova işdən çıxarıldı

Digər yazılar

Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

12.10.2026 / 14:42

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10.10.2026 / 14:33

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım

09.10.2026 / 20:35

İlham Əliyev Məsud Pezeşkianla görüşüb

09.10.2026 / 14:36

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib

09.10.2026 / 13:48

MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirildi

09.10.2026 / 13:00

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – İlham Əliyev

09.10.2026 / 09:01

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib

08.10.2026 / 18:52

İlham Əliyev Türkmənistan Prezidenti ilə təkbətək görüşdü

08.10.2026 / 14:23

XƏBƏR LENTİ

  • 12.10.2026 / 17:17
  • Dilarə Salahova işdən çıxarıldı

    12.10.2026 / 16:34
  • Sabah bəzi yollarda duman olacaq

    12.10.2026 / 16:33
  • Anar Bayramov Ceyran Fərazini yüksək vəzifəyə TƏYİN ETDİ

    12.10.2026 / 16:16
  • Husilərin hücumları vəliəhdi gizlənməyə məcbur etdi

    12.10.2026 / 16:13
  • Azərbaycana gələn turistlərin sayı azalıb

    12.10.2026 / 16:09
  • Laos Prezidenti Azərbaycana gəldi – FOTO

    12.10.2026 / 15:58
  • Fransada şagird məktəbin direktorunu və müəllimini güllələdi

    12.10.2026 / 15:42
  • Pakistanda hərbi təyyarə qəzaya uğradı: İki pilot öldü

    12.10.2026 / 15:37
  • Məktəb direktorunun maşını yandırıldı – Foto

    12.10.2026 / 15:32
  • Bu tələbələrə Prezident təqaüdü veriləcək – SİYAHI

    12.10.2026 / 15:25
  • Naxçıvanda üçəm doğulub

    12.10.2026 / 14:50
  • Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

    12.10.2026 / 14:42
  • Evini kirayəyə verənlər üçün qaydalar

    12.10.2026 / 14:17
  • Brent markalı neftin qiyməti 106 dolları ötdü

    12.10.2026 / 14:04
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

12.10.2026 / 14:42

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10.10.2026 / 14:33

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım

09.10.2026 / 20:35

İlham Əliyev Məsud Pezeşkianla görüşüb

09.10.2026 / 14:36

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib

09.10.2026 / 13:48