30
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman husilərin hücumları səbəbindən bunkerlərlə təchiz edilmiş saraylar arasında hərəkət edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, vəliəhd oktyabrın 6-dan bəri ictimaiyyət qarşısına çıxmayıb və gücləndirilmiş mühafizə altındadır. Hücumlar fonunda Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri əldə etmək üçün Pakistanla danışıqlar aparır, eyni zamanda Yəməndəki münaqişənin diplomatik yolla həllinə çalışır.
