Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun 2022-ci il fevralın 24-dən 2026-cı il oktyabrın 12-dək olan dövrdəki ümumi itkilərini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, müharibə başlayandan bəri Rusiya ordusunun şəxsi heyət itkisi təxminən 1 milyon 554 min 310 nəfərə çatıb. Son sutka ərzində isə 1 470 hərbçinin öldürüldüyü iddia olunur.
Məlumatda qeyd edilib ki, göstəricilər dəqiqləşdirilir.
Baş Qərargahın məlumatına görə, Rusiya ordusunun digər itkiləri belədir:
Tanklar – 12 410 (+2)
Zirehli döyüş maşınları – 25 527 (+6)
Artilleriya sistemləri – 51 090 (+51)
Reaktiv yaylım atəş sistemləri – 2 209 (+4)
Hava hücumundan müdafiə vasitələri – 1 703 (+2)
Təyyarələr – 443
Helikopterlər – 356
Yerüstü robototexniki komplekslər – 2 927 (+3)
Operativ-taktiki səviyyəli PUA-lar – 559 873 (+1 416)
Qanadlı raketlər – 5 126
Gəmilər və katerlər – 35
Sualtı qayıqlar – 2
Avtomobil texnikası və yanacaq daşıyan maşınlar – 162 056 (+553)
Xüsusi texnika – 4 818 (+3)
