Meksikanın dörd ştatında “Saymon” qasırğasının yaxınlaşması ilə əlaqədar həyati əhəmiyyət daşımayan müəssisə və təşkilatların fəaliyyəti müvəqqəti dayandırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Qərar ölkənin qərbində yerləşən Xalisko, Kolima, Miçoakan və Nayarit ştatlarının bəzi bələdiyyələrinə şamil ediləcək.
Bildirilib ki, insanların təhlükəsizliyini təmin etmək məqsədilə yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq oktyabrın 10-da həyati əhəmiyyət daşımayan fəaliyyətlər dayandırılacaq.
Proqnozlara görə, dördüncü kateqoriyaya aid “Saymon” qasırğası oktyabrın 11-i səhər saatlarında Xalisko ştatının La-Uerta və Tomatlan bələdiyyələri arasındakı ərazidə Meksika sahillərinə çata bilər.
Qasırğanın ən güclü külək əsintilərinin oktyabrın 10-u günün ikinci yarısından etibarən Kolima və Xalisko ştatlarında hiss olunacağı gözlənilir.
