35
ABŞ hərbçiləri Prezident Donald Trampa İran ərazisinin 50–80 kilometr dərinliyində yerləşən hərbi obyektlərə zərbələr endirilməsini nəzərdə tutan plan təklif ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı yüksək rütbəli amerikalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trampa İranın sahilyanı ərazilərində yerləşən hərbi obyektlərə 50–80 kilometr dərinlikdə zərbələr endirilməsi ilə bağlı təkliflər təqdim olunub.
Bildirilib ki, hazırda ABŞ İran gəmilərinin və limanlarının blokadaya alınmasına diqqət yetirir.
