77
Litva sərhədçiləri Belarus ərazisindən göndərilən və qaçaqmal siqaret daşıyan doqquz hava şarını ələ keçiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində Varena, Kayşyadoris, Panevejis və Ukmerge rayonlarında hava şarları vasitəsilə Belarusdan siqaret qaçaqmalçılığına cəhdlərin qarşısı alınıb.
Əməliyyatlar zamanı Belarus istehsalı olan 55 min qutu siqaret müsadirə edilib.
