28
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenso Montella ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub. Beləliklə, 2023-cü ildən Türkiyə yığmasına rəhbərlik edən italiyalı mütəxəssis vəzifəsini tərk edəcək.
Montellanın rəhbərliyi dövründə Türkiyə millisi Millətlər Liqasının B Liqasında qalib gələrək A Liqasına yüksəlib. Bununla belə, komanda DÇ-2026-da qrup mərhələsini keçə bilməyib. Yığma cari Millətlər Liqasında keçirdiyi dörd qarşılaşmanın hamısında məğlub olub.
